“Twitter” bu hesabları silir

  • Space TV
  • 27 Noyabr 2019 12:21

“Twitter” administrasiyası sosial şəbəkə hesabına altı aydan artıq müddətdə daxil olmayan istifadəçilərə xəbərdarlıq göndərməyə başlayıb.

“The Verge” xəbər verir ki, istifadəçilər 11 dekabr tarixinə qədər giriş üçün öz login və şifrələrindən istifadə etməyəcəkləri halda hesabları silinəcək.

“Biz “Twitter” istifadəçilərinə etimad göstərə biləcəkləri daha dəqiq və etibarlı informasiya təqdim etmək üçün aktiv olmayan hesabların silinməsi üzərində çalışırıq. Biz insanları aktiv olmayan hesablarla bağlı siyasətimizə uyğun olaraq qeydiyyatdan sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq”, – kampaniyanın müraciətində deyilib.

Hesabların silinməsi prosesinin bir neçə ay davam edəcəyi bildirilir.

Paylaş

 Xəbəriniz olsun