Bu il Qazax rayonunda tütün əkimi 10 faiz artıb. Əsasən cəbhə kəndlərinin münbit torpaqlarında becərilən bu məhsulun becərilməsində fermerlər maraqlıdır. Artıq 3 ildir ki, rayonda becərilən tütünün ilk əvvəl əkildiyi torpaq 30 hektar təşkil edirdisə, bu il bu rəqəm 65 hektar təşkil edir. Artıq bir aydır ki, dərilməsi həyata keçirilən bu bitginin yarpaqları saraldıqda yığımı başlanılır. Yığım vaxtı isə təxminən hər gövdədən 3-4 yarapaq yığılır. Cəfərli kəndinin sakinlərinin söylədiyinə görə, illər əvvəl də bu kənddə tütün tingçiliyi olub, lakin sonralar sonralar bu sahənin marağı sıradan çıxdı. Ancaq bu günlərdə kənd öz ənənəsinə qayıdıb . Demək olar ki, rayonda ən yaxşı təsərüfatda məhz bu kənddədir .
Əgər Tütünə düzgün aqrotexniki qulluq olarsa yetişməsi vaxtında dərim sayıda cox olar. O zaman məhsuldarlığıda yüksələr. Belə ki, hər hektara 2 -2.5 ton hazır məhsul əldə edən fermerlər deyir ki, yerli tütün növlərinin orta məhsuldarlığının hər hektara 18 -22 sentner təşkil edir . Bitgicilik sektorunun müdiri Barat Vəliyevdə tütünçülükdə əsas aqrotexniki qulluğun düzgün edilməsini vacib sayır .
Sahədən dərilən yarpaqlar evlərdə sapa düzülür daha sonra quruması ücün acıq havada asılır.
Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli sərəncamı ilə təsdiq edilən 2017–2021-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Dövlət Proqramının həyata keçirilməsində başlıca məqsədlərdən biri də, Azərbaycanda xam tütün məhsulunun istehsal həcmini artıraraq, xarici bazarlara daha çox məhsulun ixrac olunmasına nail olmaqdır.
Qeyd edək ki, 2016-cı ildə ümumilikdə ölkə ərazisində istehsal olunan 3,5 min ton xam tütün məhsulunun 2,2 min tonu ixrac olunub, 2018-ci ildə isə istehsal olunan 6,3 min ton xam tütün məhsulunun 4,1 min tonu ixrac olunub.
Vasif Vaqifoğlu Space Qazax