Tütün istehsalı artıb- FOTO

  • SpaceTV
  • 20 Avqust 2019 16:16

Space TV yazır ki, Kənd təssərrüfatı sahəsində özünə müəyyən yer tutan tütünçülük indi inkişaf dövrünü yaşayır. Əvvəlki illərdə şöhrətini itirən tütünçülük indi yenidən inkişaf dövrünü yaşayır. Nəzərə alsaq ki,vaxtilə ölkə üzrə istehsal olunan tütünün təxminən 50%-i Zaqatala və Qax rayonlarının payına düşürdü. Hazırda Zaqatalada sahələrdən yığılan yaş tütün məntəqələrə təhvil verilir.

Keçmiş tütünçülər rayon ərazisində hazırda fermer təsərrüfatları yaradıblar. Kənd təsərrüfatının bir-çox sahələri ilə məşğul olan fermer söyləyir ki, hər hektardan 10 tondan çox tütün götürməyi planlaşdırır.

Bu il Zaqatalada 410 hektar sahədə tütün əkilib. Bir aydır davam edən yığım zamanı artıq 400 tondan artıq yaş tütün məntəqəyə təhvil verilib.

Tütün istehsalı məntəqələrinə daxil olan yaş tütün qurutma kameralarında qurudulur, daha sonra çeşidlənir və preslənərək emal olunur. Tütün əsasən Rusiyaya ixrac olunur. Əkilən tütün 3 növdə, əla, 1-ci və 2-ci növ olaraq təhvil verilir.

İlkin Piranov Space Zaqatala

Paylaş

 Xəbəriniz olsun