Tüstüdən 7 nəfər zəhərlənib -FOTO

  • SpaceTV
  • 21 Avqust 2019 15:43

Space TV-nin bölgə müxbiri məlumat verir ki, Şabranda tüstüdən zəhərlənənlərin sayı 7 nəfərə çatıb.  Zəhərlənməyə səbəb şəhərdəki dördmərtəbəli yaşayış binasının elektrik şəbəkəsində baş verən yanğın olub.

Yanğın nəticəsində binanı qatı tüstü bürüdüyündən sakinlər dərhal təxliyə olunub. Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib. Tüstüdən zəhərlənən sakinlər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib. Yanğın söndürülüb.

Paylaş

 Xəbəriniz olsun