Türkmənistan vətəndaşlarını Gürcüstandan Azərbaycan vasitəsilə təxliyə edəcək

  • Space TV
  • 22 Oktyabr 2020 11:21

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 50 Türkmənistan vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunacaq.

Spacetv.az xəbər verir ki, təxliyə oktyabr-noyabr aylarına təyin olunub.

Vətəndaşlardan ibarət qrup avtobuslar vasitəsilə Azərbaycandan tranzit keçməklə Türkmənbaşı-Ələt-Türkmənbaşı marşrutu üzrə hərəkət edən gəmi ilə Türkmənistana yola salınacaq.

Vətənə çatan kimi onlar 14 günlük karantinə alınacaqlar.

Paylaş

 Xəbəriniz olsun