Türkmənistan və İran arasında birbaşa dəniz nəqliyyatı marşrutu yaradılacaq

  • SpaceTV
  • 24 Avqust 2019 15:51

Türkmənistan və İran arasında dəniz nəqliyyatı üzrə birbaşa marşrutun yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Space TV Azərtaca istinadən  xəbər verir ki, I Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər beşliyi”nin nəqliyyat idarələri rəhbərlərinin görüşündə Tehran və Aşqabad dəniz nəqliyyatı üzrə birbaşa marşrut yaratmaq barədə razılığa gəliblər.

Bununla bağlı sənəd oktyabr ayında Aşqabadda keçiriləcək sammitdə imzalanacaq. Tərəflər arasında vizaların sadələşdirilməsi, dəniz mühitinin qorunması məsələlərinin müzakirəsi də gözlənilir.

Paylaş

 Xəbəriniz olsun