Türkiyəyə “Su-57” təyyarələrini sata bilmərik – Rusiya

  • SpaceTV
  • 18 Noyabr 2019 20:32

“Rusiya ordusu “Su-57” təyyarələri ilə tam təmin olunana qədər, bu qırıcıların Türkiyəyə satışı mümkün deyil. Lakin Ankara tərəfi maraq göstərərsə, Moskva “Su-35” təyyarələrinin satışını nəzərdən keçirməyə hazırdır.”

SPACE TV-in İnterfaks agentliyinə istinadən məlumatına görə, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Su-57” təyyarələrinin Türkiyəyə mümkün satışı barədə danışarkən belə deyib.

Onun sözlərinə görə, Moskva “Su-57” təyyarələrinə olan ehtiyacını qarşılamadığından hazırda onların Ankaraya satışından söhbət gedə bilməz.

Şuqayev bildirib ki, Rusiya Türkiyəyə öz 4-cü və 5-ci nəsil təyyarələrinin istehsalında dəstək olmağa hazırdır.

Paylaş

 Xəbəriniz olsun