Türkiyənin turizm şəhəri sel fəlakəti ilə üz-üzə – FOTO

  • Space TV
  • 2 Fevral 2021 11:28

Türkiyənin İzmir şəhərində gecə saatlarında başlayan leysan yağışları səbəbindən əsas prospekt və küçələrdə gölməçələr əmələ gəlib, hərkət çətinləşib. 

“Anadolu” agentliyi xəbər verir ki, bir çox bölgədə yollardakı gölməçələr sürücülərə təhlükəli vəziyyət yaradıb.

Şəhərin bəzi yerlərində yığılan su səki səviyyəsini keçib.

Bəzi avtobus dayanacaqlarında gözləyənlər dayanacaqların su basması səbəbindən çətinliklə üzləşiblər.

Xatırladaq ki, dünən İzmirdə həm də silsilə yeraltı təkanlar baş verib.

Paylaş

 Xəbəriniz olsun