Türkiyənin Ticarət naziri Azərbaycana gəlir

  • Space TV
  • 26 Dekabr 2019 13:00

Bu gün Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycana gəlir.

Hurriyet.com-un xəbərinə görə, o, Baş nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə ikitərəfli görüşlər keçirəcək.

Türkiyə Ticarət Nazirliyindən verilən məlumatda bildirilir ki, sabah Azərbaycan Prezidenti İlham Əliyev R.Pekcanı qəbul edəcək.

Paylaş

 Xəbəriniz olsun