Türkiyənin tanınmış aktyoru vəfat edib

  • SpaceTV
  • 25 Noyabr 2020 10:28

Türkiyənin məşhur teatr və kino aktyoru Muhittin Korkmaz vəfat edib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə onun həmkarı Cem Yılmaz sosial media hesabından xəbər verib.

“Sevgili qardaşımız Muhittin Korkmaz bu gün vəfat edib. Xatirələrimizdə yeri olan qardaşımızın məkanı cənnət olsun. Təşəkkür edirəm. “G.O.R.A” heyətindən bir nəfər azaldı”, – deyə o yazıb.

Qeyd edək ki, Mühittin Korkmaz xüsusən “G.O.R.A”, “A.R.O.G”, “Yahşi Batı”, “Pek Yakında”, “Arif” ve “216” filmləri ilə tanınıb. Onun Cem Yılmazın “G.O.R.A.” filmində “Komandir Logar, bir obyekt yaxınlaşır, cənab”, replikası isə dillərə düşmüşdü.

Paylaş

 Xəbəriniz olsun