Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırlayıb

  • Space TV
  • 10 Dekabr 2020 11:17

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Spacetv.az xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.

“Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, – paylaşımda qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun