Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

  • SpaceTV
  • 15 Sentyabr 2020 17:08

Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr –  Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Spacetv.az-ın xəbərinə görə, nazirliyin rəsmi twitter səhifəsindən yaydığı açıqlamada bildirilir: “Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.

Paylaş

 Xəbəriniz olsun