Space TV Türkiyə börosuna istinadən xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Pəncə Hərəkatı, İdlib və FETO ilə bağlı açıqlamasında bildirib ki; “Pəncə-1 də 64, Pəncə-2 də 16, Pəncə-3 də indiyə qədər 22 olmaqla İraqın şimalında ilin əvvəlindən bu günə qədər 676 terrorçu zərərsizləşdirilib”.
Müdafiə Naziri FETO-ya qarşı aparılan əməliyyatlardan da söz açaraq, FETO ilə mübarizədə 17 min 498 nəfərin Türkiyə silahlı qüvvələrindən çıxarıldığını bildirib. Nazir “Məqsədimiz bu şanlı formanı tək xainin belə geyinməsinə əngəl olmaqdır”, deyib.