Türkiyənin məşhur yazıçısı intihar etdi – FOTO

  • Space TV
  • 11 Dekabr 2020 14:09

Təcavüz iddiaları ilə gündəmə gələn Türkiyənin məşhur yazıçısı İbrahim Çolak intihar edib.

Spacetv.az xəbər veirr ki, bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.

Məlumata görə, yazıçı intihardan əvvəl “Twitter” hesabından özünə qəsd edəcəyini bildirib.

“Özümü belə bir sona hazırlamamışdım. Diləyim yaxşı bir insan olmaq idi, bacarmadım. Saatlarla, günlərlə yaza bilərəm. Amma bu, heç nəyi geri gətirməz. Bu saatdan sonra həyat yoldaşımın, övladlarımın, dostlarımın üzünə baxa bilmərəm. Heç kim tam müqəssir deyil, lakin başqalarına dediyim “özümüzə yaraşanı edək” düsturunu özüm yerinə yetirmədiyim üçün həqiqətən peşmanam. Məni sevən bütün dostlarıma, əziyyətimi çəkən həyat yoldaşıma və övladlarıma əlvida deyirəm”

Paylaş

 Xəbəriniz olsun