Türkiyənin Liviyada mövcudluğu siyasi prosesə zəmin yaratdı – Ərdoğan

  • SpaceTV
  • 21 Yanvar 2020 10:36

“Türkiyənin Liviyada mövcudluğu bölgədə sabitliyin bərpa olunacağına dair ümidləri artırıb”.

SPACE TV Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Liviyaya müdaxilə olunmasaydı indi vəziyyət daha gərgin ola bilərdi. Hücumlar nəticəsində yüzlərlə dinc insanın həlak olduğuna diqqət çəkən Ərdoğanın sözlərinə görə, Ankara Liviya münaqişəsinin həlli üçün əlindən gələni edəcək.

Ərdoğan əlavə edib ki, Rusiya və Türkiyənin səyləri nəticəsində Liviyada əldə olunan atəşkəs, münaqişənin siyasi yolla həlli üçün böyük imkanlar yaradıb.

Paylaş

 Xəbəriniz olsun