Türkiyənin Gürcüstandakı səfirinə Azərbaycanın qələbə simvolu hədiyyə olunub

  • Space TV
  • 10 Dekabr 2020 17:09

Azərbaycanın Gürcüstandakı səfirliyində Zəfər paradına həsr olunan mərasim keçirilib.

Spacetv.az xəbər verir ki, tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da iştirak edib.

Xanım səfir tvitter hesabında yazıb ki, Azərbaycan səfiri Faiq Quliyevin dəvəti ilə Bakıdakı Zəfər paradını azərbaycanlı qardaşları ilə birgə Azərbaycan səfirliyində izləyib.

“Böyük qürur duyduq. Xarıbülbül çiçəyini bağçamızda bayrağımızın yanında əkəcəyik. Qarabağ Azərbaycandır”, – F.C.Yazqan yazıb.

Paylaş

 Xəbəriniz olsun