Türkiyənin Dini İdarəsindən cümə namazı ilə bağlı açıqlama

  • SpaceTV
  • 4 Dekabr 2020 13:51

Xəstəlik, leysan yağışlar, ifrat isti və soyuq və əlverişsiz hava şəraitində, yoluxucu xəstəliklər epidemiyası zamanı da cümə namazının qılınması vacib sayılmır.

Spacetv.az “Habertürk”ə istinadın xəbər verir ki, bu barədə Türkiyə Dəyanət İşləri İdarəsi Dini İşlər üzrə Yüksək Qurumunun yazılı açıqlamasında vurğulanıb.

Bildirilib ki, son günlər Türkiyədə COVID-19-a yoluxanların sayında artım müşahidə olunur.

“İslam dinində insan sağlamlığının qorunması və ona zərərli olan məsələlərlə bağlı çoxsaylı hökmlər var”, – açıqlamada deyilib.

Paylaş

 Xəbəriniz olsun