Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefası qəbul edilmədi

  • SpaceTV
  • 13 Aprel 2020 09:46

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefası qəbul edilməyib.

“Haber Global” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər yayıb.

Verilən rəsmi açıqlamada Süleyman Soylunun müxtəlif situasiyalarda doğru qərarlar verərək millətə və ölkəyə çox yararlı bir məmur olduğu vurğulanıb.

Koronavirus pandemiyasının dünyada yayılması fonunda Soylunun ölkədə prosesləri yaxşı idarə etdiyinin vurğulandığı açıqlamada qeyd olunub ki, daxili işlər naziri istefasını ölkə başçısına təqdim etsə də, prezident bunu qəbul etməyib və onun işinə davam etməsini istəyib.

Paylaş

 Xəbəriniz olsun