Türkiyənin daxili işlər naziri sosial şəbəkədə vətəndaşdan üzr istədi – FOTO

  • Space TV
  • 6 Sentyabr 2020 13:56

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Girəsuna – sel fəlakəti baş vermiş əraziyə getməsi yerli sakinlərin narazılığına səbəb olub. Səbəb isə nazirin gəlişinə görə yolun bağlanması olub. 

Spacetv.az xəbər veri ki, yerli sakinlərdən biri sosial şəbəkədə “Biabırçılığa bax. Nazir gəlir deyə, yol iki saat bağlı qalıb” kimi status yazıb. 

Süleyman Soylu həmin statusu cavabsız qoymayıb:

“Üzr istəyirəm. Gəliş-gedişim cəmi yarım saat oldu. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə bir daha üzr istəyirəm”. 

Paylaş

 Xəbəriniz olsun