Türkiyənin Azərbaycandakı səfirliyi şəhidlərlə bağlı paylaşım etdi – FOTO

  • Space TV
  • 4 Dekabr 2020 11:01

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində həlak olan şəhidlərimizə rəhmət, yaralılara isə şəfa diləyib.

Səfirlik bununla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib. 

Paylaşımda qeyd edilir:

“Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həyatını fəda edən 2783 qardaşımızı rəhmətlə anaraq, yaralılara şəfa diləyirik. “İki Dövlət Bir Millət” anlayışı ilə hər zaman Azərbaycanın yanında olacağımızı bir daha təkrarlayırıq”.

Paylaş

 Xəbəriniz olsun