Türkiyəli nazirin canlı yayımda burnundan qan gəldi

  • Space TV
  • 13 Yanvar 2020 14:59

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu mətbuat konfransında gözlənilməz vəziyyətlə qarşılaşıb.

SPACE TV -in “haberler.com”a istinadən verdiyi xəbərə görə, ötən gün Kastamonu vilayətində tədbirə qatılan nazirin anidən burnundan qan gəlib. Buna görə canlı yayım dayandırılıb.

DİN-dən bildirilib ki, nazir soyuqladığı üçün burnundan qan gəlib. Soylunun səhhətində heç bir problem olmadığı, gündəlik iş qrafikinə davam edəcəyi qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun