Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə ediblər

  • Space TV
  • 25 Fevral 2021 15:37

“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər 3 gün ərzində 150-dən çox qazimizi müayinə ediblər.

Ağır yaralı olan qazilərimizin bundan sonra da müalicə və əməliyyatları türkiyəli və yerli həkimlərin birgə rəyi əsasında davam etdiriləcək.

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Paylaş

 Xəbəriniz olsun