Türkiyəli gənc ulduz “Liverpul”un ən yaxşısı seçildi – FOTO

  • Space TV
  • 17 Fevral 2021 11:06

“Liverpul” azarkeşləri komandalarının Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə Almaniya təmsilçisi “Leypziq”i məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusunu sosial şəbəkədə keçirilən sorğu nəticəsində seçiblər.

Bu barədə klubun “Twitter” hesabında paylaşım edilib.

Keçirilən sorğuda “Leypsiq”lə oyunun ən yaxşılarından olan Trent Aleksandr-Arnold 5,8 faiz azarkeşin dəstəyini qazanıb. Kurtis Cons 15,9 faiz, Məhəmməd Salah isə 22 faiz səs toplayıb.

“Liverpul” azarkeşlərinin fikrincə oyunun ən yaxşısı isə türkiyəli gənc futbolçu Ozan Kabak olub. Onu 56,3 faiz azarkeş dəstəkləyib.

https://twitter.com/LFC/status/1361803393904365571?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1361803393904365571%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fsport%2F468146
Paylaş

 Xəbəriniz olsun