Türkiyəli cütlük koronavirusu üç dəqiqəyə müəyyənləşdirən test ixtira etdi

  • SpaceTV
  • 19 Mart 2020 15:17

ABŞ-da türkiyəli cütlük koronavirusu qısa zamanda müəyyənləşdirən test ixtira ediblər.

Sondakika.com-un məlumatına görə, Serhat Pala və arvadı Zeynəb İlqazın ixtira etdikləri test 3-10 dəqiqə ərzində virusun olub-olmadığını müəyyən edir.

Bunun üçün bir damla qanın kifayət olduğunu deyən cütlük çinli ortaqları ilə gündə 500 min test istehsal edərək, dünya üzrə satışa çıxardıqlarını deyiblər.

Paylaş

 Xəbəriniz olsun