Türkiyədən Yunanıstan və Bolqarıstana 150 min miqrant keçdi

  • SpaceTV
  • 9 Aprel 2020 12:08

Türkiyədən Yunanıstan və Bolqarıstana keçən miqrantların sayı açıqlanıb.

SPACE TV xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar “TRT Haber”ə müsahibəsində bildirib ki, fevralın 28-dən indiyə kimi 148 763 miqrant Yunanıstan və Bolqarıstan keçib.

O həmçinin deyib ki, yanvarın 1-dən bu günə kimi hərəkat bölgələrində 903 terrorçu zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, bundan başqa, yanvarın 1-dən bu günə qədər 59 quru, 90 hava əməliyyatı həyata keçirilib ki, nəticədə 200 terrorçu zərərsizləşdirilib.H. Akar Suriyanın şimalında, İdlib vilayətində gərginliyin azaldığını vurğulayıb.O qeyd edib ki, aprelin 15-də NATO Müdafiə nazirlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək. Nazir koronavirusla mübarizə çərçivəsində orduda müvafiq addımların atıldığını da vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun