Space TV Azərtaca istinadən məlumat verir ki, BMT-nin qaçqınların işləri üzrə Ali komissarının Könüllü Köçmə Proqramı çərçivəsində İstanbuldan Portuqaliyaya 16 qaçqın gəlib.
Portuqaliya hökumətinin bəyanatına əsasən , qaçqın statusundan istifadə edən vətəndaşlar “13 suriyalı vətəndaşdan ibarət iki ailə və üç sudanlıdan ibarət bir ailədir”.
Məlumatda deyilir ki, indiyədək Proqram çərçivəsində Portuqaliyaya 308 adam köçüb. Onların 156-ı Misirdən, 152-i Türkiyədən gəlib.