Türkiyədən “erməni soyqırımı” ilə bağlı ABŞ-a sərt reaksiya: “Bu qanun haqsızdır”

  • SpaceTV
  • 13 Dekabr 2019 11:20

ABŞ Senatı 1915-ci il hadisələrini “soyqırım” olaraq tanıyan qanun layihəsini qəbul edib. Bu qərara rəsmi Ankaradan sərt reaksiya göstərilib.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, Türkiyə Rabitə naziri Fəxrəddin Altun qəbul edilən qanun layihəsinin ABŞ-Türkiyə münasibətlərini təhlükəyə atdığını bildirib. Həmçinin Prezident sözcüsü İbrahim Qalın bu qərarın siyasi, hərbi və iqtisadi sahədə Türkiyənin haqlı və qərarlı duruşunu pozmayacağını qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatı tərəfindən qəbul edilən bu qanun layihəsinin keçərliliyinin olmadığını bildirib. Yayımlanan açıqlamada ABŞ Senatının qərarının haqsız olduğu qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun