Türkiyədən ABŞ-ın “S-400” ittihamlarına REAKSİYA

  • SpaceTV
  • 23 Noyabr 2020 15:34

Türkiyə ABŞ-ın Rusiyanın “S-400” zenit-raket kompleksi ilə bağlı siyasi bazarlıq iddiasını qəbuledilməz hesab edir.

Spacetv.az xəbər verir ki, bu barədə “Twitter”də yazan hakim partiyanın sözçüsü Ömər Çelik bildirib ki, komplekslər ölkəni qorumaq üçün alınıb.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü 2019-cu il iyulun ortalarında başlayıb.

Vaşinqton son F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salmasını və ya hətta ləğv etməsini, sanksiyalar tətbiq ediləcəyi ilə hədələyərək, müqavilədən imtina etməsini, əvəzində ABŞ-ın “Patriot” sistemlərinin alınmasını tələb edib.

Ankara güzəştə getməkdən imtina edib və əlavə “S-400” partiyası ilə bağlı danışıqları davam etdirib.

Paylaş

 Xəbəriniz olsun