Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır

  • SpaceTV
  • 28 Sentyabr 2020 14:49

Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar.

Spacetv.az-ın məlumatına görə, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər.

Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub.

Baş Konsulluqdan “Report”a verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək ordu sıralarına yazılan və döyüşməyə hazır olduqlarını deyən xeyli sayda gənc var. Onlarına arasında Türkiyədə doğulmuş həmvətənlərimizlə yanaşı, türkiyəli gənclər də var. 

Paylaş

 Xəbəriniz olsun