Türkiyədə zorakılığa məruz qalan Nailə Həsənova Space TV-ə danışdı

  • Space TV
  • 1 Sentyabr 2020 14:25

Türkiyənin Ankara şəhərində qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorkılığa məruz qalan Nailə Həsənova Space TV-də yaımlanan “Gəl dərdini danış” verilişinə danışıb. Spacetv.az xəbər verir ki, Nailə Həsənova 3 azyaşlı övladı ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorkılığa məruz qaldığını bildirir. Onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa uşaqların biloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Azərbaycanın baş prokuroru Kamran Əliyev  Türkiyənin Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana rəsmi qaydada müraciət edərək qanunun aliliyi prinsipini rəhbər tutmaqla qeyd edilən məsələnin nəzarətə götürülüb araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini və Nailə Həsənovanın övladları ilə birlikdə Azərbaycan Respublikasına gəlməsində köməklik göstərilməsini xahiş edib.

Paylaş

 Xəbəriniz olsun