Türkiyədə zəlzələ: yaralılar var

  • Space TV
  • 25 İyun 2020 17:55

Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində altı nəfər yaralanıb.

Sondakika.com xəbər verir ki, 15 məhəllədə evlərə zərər dəyib.

Özalp rayonunda yerli vaxtla 13:03-də baş verən zəlzələnin 5,4 bal gücündə olduğu bildirilir.

Zəlzələ nəticəsində insan itkisinin olmadığı qeyd edilir.

Paylaş

 Xəbəriniz olsun