Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur

  • SpaceTV
  • 30 Avqust 2019 16:03

Bu gün Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.

Space TV Azərtaca istinadən xəbər verir ki, Zəfər bayramı Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mübarizə aparıb və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.

Bayram ilk dəfə 1924-cü ildə Türkiyənin Afyonkarahisar şəhərində Mustafa Kamal Atatürkün iştirakı ilə “Ali Baş Komandan Zəfəri” adı altında təntənəli şəkildə qeyd olunub. 30 avqust tarixi rəsmi bayram kimi 1926-cı ildə elan edilib.

Paylaş

 Xəbəriniz olsun