Türkiyədə xəstə aparan maşın qəzaya düşdü: Ölən və yaralılar var

  • Space TV
  • 23 Noyabr 2019 12:35

Türkiyənin Ağrı vilayətində tibbi yardım maşını avtomobillə toqquşub.

Qəza nəticəsində tibbi yardım maşınında olan xəstə Əminə Adıgözəl ölüb.

“CNNTürk”ün xəbərinə görə, içində həkimlərin də olduğu 9 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların həyati təhlükəsinin olmadığı bildirilib.

Paylaş

 Xəbəriniz olsun