Türkiyədə və… – 5,2 bal gücündə zəlzələ

  • Space TV
  • 23 Noyabr 2019 11:10

Kuril adaları yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

SPACE TV-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kurilskdən 161 kilometr cənub-qərbdə, ocağı isə 38,4 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Türkiyədə 3,6 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeralı təkanların episentri Van əyalətindən 93 kilometr şərqdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. 

Paylaş

 Xəbəriniz olsun