Türkiyədə torpaq sürüşməsi baş verib

  • SpaceTV
  • 6 Avqust 2019 13:19

Türkiyənin Rize şəhərində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində Rizedən Salarhaya gedən yol bağlanıb.

SPACE.TV- xəbər verir ki, sürüşmə son günlər bölgədə yağan leysan yağışlardan sonra olub.

Hadisə baş verən bölgəyə canlı qüvvə və texnika gətirilib. Hazırda yolun açılması istiqamətində işlərin başlaması üçün yağışın kəsməsi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun