Türkiyədə terrorçuların 69 otaqlı sığınacağı aşkarlanıb

  • Space TV
  • 21 Dekabr 2019 11:26

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “Kıran-8 sehi ormanları” adlı antiterror əməliyyatı nəticəsində PKK-ya sarsıdıcı zərbə vurulub.

SPACE TV  xəbər verir ki, iki gün əvvəl ölkənin Bitlis vilayətində başlanan əməliyyat nəticəsində dağlıq bölgədə 69 otaqlı 24 giriş və çıxışı olan terror sığınacağı aşkar olunub.

275 metr uzunluqda qayalıq sahəni əhatə edən sığınacaqda PKK-ya məxsus cəbhəxana aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun