Türkiyədə terror əməliyyatı

  • SpaceTV
  • 19 Avqust 2019 11:06

Van, Diyarbakır, Mardinin bələdiyyə başçıları vəzifədən kənarlaşdırıldı

Space.TV DHA Agentliyinə istinadən xəbər verir ki, Terrorçularla əlbir olmaqda şübhəli bilindiklərinə görə, Türkiyənin Diyarbəkir, Van və Mərdin rayonlarının bələdiyyə sədrləri işdən azad edilib.

Vəzifədən kənarlaşdırılan bələdiyyə sədrlərinə qarşı, dünən gecə saatlarında Türkiyənin Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən kütləvi əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Türkiyə DİN-in açıqlama verib ki,  son illər terrora qarşı aparılan qətiyyətli mübarizə nəticəsində gücdən düşən PKK/KCK terror təşkilatları bəzi bələdiyyə sədrləri ilə əlbir olub, bələdiyyələrin imkanlarından qeyri-qanuni məqsədlər üçün istifadə edib.

Bu səbəbdən silahlı terror təşkilatının qurmaq və ya idarə etmək, bu təşkilatlara üzv olmaq və cinayətkarlara dəstək verməkdə ittiham olunan Diyarbəkir bələdiyyə sədri Səlcuq Mirzaqlı, Mərdin bələdiyyə sədri Əhməd Türk və Van bələdiyyə sədri Bedia Özgökçə haqqında istintaq əməliyyatlarına başlanıb.

Paylaş

 Xəbəriniz olsun