Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

  • Space TV
  • 22 İyun 2020 17:33

Türkiyədə təlim uçuşu həyata keçirən təyyarə qəzaya uğrayıb.

TASS xəbər verir ki, təyyarənin iki pilotu katapultla xilas olub.

Pilotlar müayinə üçün xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, təlim uçuşu Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təyyarəsində həyata keçirilib.

Paylaş

 Xəbəriniz olsun