Türkiyədə təbii fəlakət: ÖLƏNLƏR VAR

  • Space TV
  • 7 Yanvar 2020 15:22

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda leysan yağışlarından sonra torpaq sürüşməsi baş verib.

SPACE TV-in xəbərinə görə, sürüşmə nəticəsində fərdi yaşayış evi uçub, bir nəfər uçqunun altında qalaraq ölüb.

Bundan başqa, Mersinin Mut rayonunda dünən axşam baş verən seldən sonra dərəyə düşən avtomobilin sürücüsünün meyiti tapılıb.

Qeyd edək ki, paytaxt Ankara da daxil olmaqla, dünəndən Türkiyənin bir neçə bölgəsində qarlı və çovğunlu hava şəraiti müşahidə edilməkdədir.

Paylaş

 Xəbəriniz olsun