Türkiyədə sevgilisi azərbaycanlı həkimi güllələdi

  • SpaceTV
  • 8 Noyabr 2019 13:26

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkimə silahlı hücum anının görüntüləri yayımlanıb. 

SPACE TV xəbər verir ki, xəstəxananın sahibi olan türkiyəli həkim əlində silahla axşam saatlarında üç yaşlı uşağı olan azərbaycanlının oturduğu otağa yaxınlaşıb. 

Bu zaman qapının bağlı olduğunu görüb və qadından qapını açmasını tələb edib. 

Hadisənin görüntüləri xəstəxanadakı təhlükəsizlik kameralarına əks olunub. 

Məlumata görə, güllə yarası alan azərbaycanlı qadının vəziyyəti ağırdır. 

Polis tərəfindən saxlanılan Cəlal adlı həkim hakim qarşısına çıxarılıb və barəsində həbs qərarı çıxarılıb. 

Bundan başqa, baş verən hadisənin təfərrüatı məlum olub. 

Tibb mərkəzinin sahibi, 66 yaşlı Cəlal Tosunoğlu evli olmasına baxmayaraq, 35 yaşlı Aida Xasıyeva ilə eşq yaşayıb. 

Tərəflər arasında mübahisə də qısqanclıq zəminində baş verib. Tosunoğlu Xasıyevaya mübahisə zamanı bir dəfə atəş açıb. 

Həmçinin, məlum olub ki, Tosunoğlu birlikdə yaşadığı Xasıyevanın avtomobilinə izlənmə cihazı quraşdırıb və harada olduğunu soruşduqda yalan cavab aldığı üçün qəzəblənib.

Paylaş

 Xəbəriniz olsun