Türkiyədə sel can almaqda davam edir

  • Space TV
  • 22 İyun 2020 12:44

Türkiyənin Bursa vilayətində aramsız yağan yağışlardan yaranan sel can almaqda davam edir.

“Milliyet” xəbər verir ki, regionun Kestel rayonunda sel nəticəsində itkin düşən beş nəfərdən ikisinin cəsədi tapılıb.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakət bölgəsinə gedib.

Sel səbəbindən tarlalar su altında qalıb, ağaclar yerindən qopub, yolları su basıb.

Paylaş

 Xəbəriniz olsun