Türkiyədə qar uçqunu baş verdi: Azı 5 ölü, 7 yaralı var

  • Space TV
  • 5 Fevral 2020 10:22

Türkiyənin Van vilayətinin Bağçasaray bölgəsində qartəmizləyən texnikanın və mikroavtobusun qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Ümumilikdə 7 nəfər xilas olunub.

SPACE TV  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Van vilayətinin valisi Mehmet Emin Bilməz məlumat verib.

Mehmet Emin Bilməz açıqlamasında ərazidə xilasedicilərin gecə boyu axtarışlar apardığını qeyd edib. Yerli sakinlər də bu işdə onlara köməklik göstərib: “Hazırda 5 vətəndaşımız həyatını itirib, sağ çıxarılan 7 yaralımız da var. Daha 2 nəfərin də qar uçqunu altında qaldığını düşünürük. Bölgədə işlər davam etdirilir”.

Yaralı halda mikroavtobusdan çıxarılanlar xəstəxanaya yerləşdirilib.

Hazırda xilasetmə işləri davam etdirilir. Gecə boyu yağan qar təkrar uçqunun ola biləcəyi təhlükəsini artırıb.

Paylaş

 Xəbəriniz olsun