Türkiyədə öldürücü “pişik koronavirusu” yayıldı

  • Space TV
  • 12 Fevral 2021 10:33

Türkiyədə insana keçməyən, yoluxucu “pişik koronavirusu” kimi tanınan Pişik İnfeksion Peritoniti (FIP) aşkarlanıb.

DHA xəbər verir ki, xəstəlik Eskişehirdə küçə pişiklərində müəyyən edilib.

Müalicə olunmayan sözügedən xəstəlik səbəbindən epidemiya narahatlığı yaşanır. Heyvan sığınacaqlarında və xüsusi klinikalarda karantin otaqları hazırlanıb.

Baytar həkim Turqay Cinkaya bildirib ki, bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstələnən və xəstələndiyindən şübhələnilən küçə pişikləri karantinə alınmalı və onların sağlam pişiklərlə təmasları kəsilməlidir.

Onun sözlərinə görə, keçən illə müqaisədə bu il xəstəlik artıb.

Simptomları inkişaf mərhələsindəki pişiklərdə inkişafdan qalma, çəkinin azalması, əsəb və koordinasiya pozuntuları, yüksək temperatur olan bu yolxucu xəstəliyin 10 gündə pişikləri öldürdüyü bildirilir.

Veterinar qeyd edib ki, virusun insanlara keçməsi müşahidə olunmasa da, belə bir ehtimal var.

O, evlərində pişik saxlayanlara tövsiyə edib ki, ev heyvanlarını küçə pişikləri ilə təmasdan çəkindirsinlər.

Paylaş

 Xəbəriniz olsun