Türkiyədə növbəti zəlzələ

  • SpaceTV
  • 3 Oktyabr 2019 12:34

Aralıq dənizində növbəti dəfə zəlzələ baş verib.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Fəthiyə-Rodos bölgələri arasında 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Türkiyə vaxtı ilə səhər saat 07:44-də qeydə alınan zəlzələ dəniz səviyyəsindən 6 kilometr dərinlikdə baş verib.

Zəlzələnin cuzi hiss edildiyini, lakin tələfat və dağıntı olmadığı bildirilib.

Paylaş

 Xəbəriniz olsun