Türkiyədə növbəti iki günlük karantin rejiminə hazırlıq həyata keçiriləcək

  • Space TV
  • 17 Aprel 2020 13:54

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün Türkiyədə tətbiq olunan növbəti iki günlük komendant saatına hazırlıq işləri aparılacaq.

SPACE TV xəbər verir ki, bu məqsədlə aprelin 17-də yerli vaxtla saat 15.00-dan etibarən təhlükəsizlik qüvvələri bazarlar, marketlər, o cümlədən əhalinin çox olacağı ehtimal edilən yerlərdə ara məsafənin qorunması, qoruyucu maska taxılması məsələlərini nəzarətə götürəcəklər.

Qeyd edək ki, komendant saatı Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayəti əhatə edəcək.

Paylaş

 Xəbəriniz olsun