Türkiyədə müalicəsi davam edən qazimizdən xəbər var – FOTO

  • Space TV
  • 16 Fevral 2021 16:30

Azərbaycan Ordusunun Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün keçirdiyi 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılan, qızğın döyüşlərdə düşmən gülləsinə tuş gələrək yaralanan Valeh İsayevin müalicəsi Türkiyənin Bursa şəhərində davam edir.

“Haber Global” məlumat verir ki, keçən il oktyabrın 20-də düşmən snayperinin gülləsi 22 yaşlı İsayevin boynuna dəyib, nəticədə onun bədəninin böyük hissəsi iflic olub.

“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə göndərilən İsayev sağalıb Vətənə qayıdacağı günü gözləyir.

Romatem Bursa Xəstəxanasının baş həkimi, fiziki tibb və reabilitasiya Mütəxəssisi Nurten Küçükçakır deyib ki, İsayevin fiziki müalicə və reabilitasiya müddətinə başlamağından şərəf duyurlar.

O bildirib ki, güllənin vurulması nəticəsində qazimizin onurğa beyni zədələnib.

“Xəstəmizə xüsusilə tətbiq edəcəyimiz fiziki müalicə və reabilitasiya məşqləri böyük əhəmiyyət kəsb edəcək”.

Mütəxəssis bildirib ki, qazimizin oturma, ayaq üstə dura bilmə kimi hərəkətləri üçün robotlu reablitasiyadan istifadə ediləcək.

Paylaş

 Xəbəriniz olsun