Türkiyədə maşın dayanacaqdakı Azərbaycanlı tələbəni vurdu

  • SpaceTV
  • 27 Noyabr 2019 12:12

Türkiyənin Biləcik şəhərində özəl şirkətə məxsus avtomobil ilə toqquşan digər bir avtomobilin sürücüsü idarəetməni itirərək avtobus gözləyən 10 tələbəni vurub.

SPACE TV-in “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, qəza axşam saatlarında Sakarya-Biləcik quru yolu Biləcik Şeyx Edebali Universitetinin qarşısındakı meydanda baş verib.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlar dayanacaqda gözləyən azərbaycanlı tələbə Ülvi Məmmədov, avtomobildə olan Günəş Ç. (56 yaş), Nurhan Ç. (53 yaş) və Ayşənur T.-dir (22 yaş).

Yaralı şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar Biləcik Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun