Türkiyədə küçəyə çıxmaq qadağan edildi – Komendant saatı tətbiq ediləcək

  • SpaceTV
  • 11 Aprel 2020 10:02

Türkiyədə böyük şəhər statusu daşıyan 31 vilayətdə küçəyə çıxmaq qadağan edilib.

SPACE TV xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi koronavirusun yayılmasına qarşı yeni qərar açıqlayıb.

Qərara görə gecə yarısından etibarən, 30 böyük şəhərdə 12 aprel saat 24: 00-a qədər komendant saatı tətbiq ediləcək. Daxili İşlər Nazirliyi tərəfindən alınan qərar müvafiq valiliklərə göndərilib.

Bu qərarın həftə sonu hava şəraitinin istiləşməsi ilə əlaqədar vətəndaşların küçəyə çıxmaq riskinin qarşısını almaq üçün verildiyi bildirilib.

Səhiyyə naziri Fahrettin Qoca, günəşli havaya baxmayaraq, epidemiyanın yayılmasına qarşı insanların evdə qalmasının zəruri olduğunu söyləyib.

Paylaş

 Xəbəriniz olsun