Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • Space TV
  • 20 İyul 2020 09:46

Türkiyədə son sutka ərzində 16 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

space tv xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 924 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5491, virusa yoluxanlar isə 219 min 641 nəfərə çatıb.

Türkiyədə indiyədək 202 min 10 xəstə (son sutkada 997 nəfər) sağalaraq evə buraxılıb.

Paylaş

 Xəbəriniz olsun