Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

  • Space TV
  • 16 İyul 2020 09:48

Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 17 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saatda 947 nəfərdə infeksiya aşkarlanıb. Sağalanların sayı isə 1013 olub. 

Bununla da Türkiyədə ümumilikdə 215 940 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5419 nəfər ölüb, 197 733 nəfər isə müalicə olunaraq evə buraxılıb. 

Nazir qeyd edib ki, son iki gündə nəticələrin yaxşılaşması Türkiyədə COVID-19 infeksiyasına ciddi xəstəlik olaraq yanaşmanın göstəricisidir.

Paylaş

 Xəbəriniz olsun